Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Tehran: “İranın nüvə məsələsi artıq bağlanmış mövz...
Tehran: “İranın nüvə məsələsi artıq bağlanmış mövzudur”
Dünya

Tehran: “İranın nüvə məsələsi artıq bağlanmış mövzudur”

Xpress.az Redaksiyası 18.10.2025 20:24

XPress.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada bildirib ki, 2015-ci ildə imzalanmış nüvə sazişində və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulan 10 illik müddət rəsmi olaraq başa çatıb. Tehran hesab edir ki, bununla da İranın nüvə proqramı məsələsi beynəlxalq gündəmdən çıxarılmalı və ölkə artıq digər nüvəsiz dövlətlərlə eyni statusda qiymətləndirilməlidir.

Nazirlik bəyan edib ki, bu müddətin bitməsi ilə İranın nüvə fəaliyyətlərinə dair bütün məhdudiyyətlər, nəzarət mexanizmləri və prosedurlar hüquqi qüvvəsini itirib. Rəsmi açıqlamada deyilir:

“İranın nüvə məsələsi artıq Təhlükəsizlik Şurasının müzakirə predmeti deyil. İranın barışçıl nüvə proqramına qarşı məhdudiyyətlərin davam etməsi üçün heç bir hüquqi əsas qalmayıb.”

Tehran: “Biz öhdəliklərimizi yerinə yetirdik, amma Qərb yox”

İran tərəfi vurğulayıb ki, ölkənin öhdəlikləri pozduğuna dair bu illər ərzində nə BMT, nə də Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən heç bir mənfi hesabat təqdim edilməyib. Əksinə, rəsmi Tehran hesab edir ki, bütün addımlar şəffaf şəkildə atılıb, lakin ABŞ və Avropa ölkələri sazişin əsas şərtlərinə əməl etməyib.

“İran razılaşmaya sadiq qaldı, lakin ABŞ 2018-ci ildə birtərəfli qaydada anlaşmadan çıxdı. Avropa isə sadəcə izləmək və bəhanə gətirməklə kifayətləndi. Bu, çoxtərəfli diplomatiya üçün ciddi zərbə oldu,” – deyə İran Xarici İşlər Nazirliyi bəyan edib.

Avropanın “qanunsuz” addımlarına etiraz

Tehran xüsusilə İngiltərə, Fransa və Almaniyanın ABŞ-ın təzyiqi ilə hərəkət etməsini tənqid edib. İran XİN bu üçlüyün bitmiş qətnamələri yenidən gündəmə gətirməsini və BMT mexanizmlərini manipulyasiya etməsini “qanunsuz və legitimlikdən uzaq” adlandırıb.

“Bu dövlətlər öz maraqları naminə beynəlxalq hüququ kobud şəkildə pozurlar. BMT Katibliyinin bu cür təşəbbüsləri tanımaq və ya təsdiqləmək səlahiyyəti yoxdur – bu, yalnız Təhlükəsizlik Şurasının mandatına aiddir,” – deyə bəyanatda qeyd olunub.

BMT-yə müraciət və çağırış

İran BMT Baş katibi Antonio Quterreşə müraciət edərək, təşkilatın rəsmi resurslarında “yanlış və çaşdırıcı məlumatların” düzəldilməsini tələb edib. Rəsmi Tehran digər ölkələri də “İrana qarşı ləğv edilmiş sanksiyaların bərpası” barədə yayılan iddialara inanmaqdan çəkinməyə çağırıb.

“2231 saylı qətnamə artıq qüvvədən düşüb və onun müddətinin uzadılması barədə heç bir qərar yoxdur. Bütün dövlətlər bu reallığı qəbul etməli və hüquqi baxımdan həmin qətnaməni bitmiş hesab etməlidir,” – deyə açıqlamada bildirilir.

Vaşinqton və Təl-Əvivə xəbərdarlıq

Tehran, həmçinin son aylarda İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə yönəlmiş hücum cəhdlərini sərt şəkildə pisləyib. Nazirliyin bəyanatında bu addımlar “diplomasiyanın ruhuna xəyanət” kimi dəyərləndirilib.

“İranın nüvə proqramı dinc məqsədlərə xidmət edir. İsrail rejimi və ABŞ tərəfindən həyata keçirilən hücumlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Diplomatik proseslərin davam etdiyi bir vaxtda bu təxribatlar danışıqların ruhuna ziddir,” – deyə açıqlamada qeyd olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək