Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya "Tramp artıq müharibə yolundadır”-
"Tramp artıq müharibə yolundadır”-
Dünya

"Tramp artıq müharibə yolundadır”- Medvedevdən sərt bəyanat

Xpress.az Redaksiyası 23.10.2025 13:07

Medvedev: ABŞ-ın yeni sanksiyaları Rusiyaya qarşı “müharibə aktıdır”

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi və ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı ilə Budapeştdə planlaşdırılan görüşü ləğv etməsi “müharibə aktı” kimi qiymətləndirilib.

Xpress.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.

“ABŞ bizim düşmənimizdir və onların danışıqlı ‘sülhməramlısı’ artıq Rusiyaya qarşı müharibə yoluna qədəm qoyub. Bu, artıq onun münaqişəsidir”, — Medvedev qeyd edib.

O bildirib ki, ABŞ-ın qərarları və Trampın bəyanatları Rusiyaya “lazımsız danışıqlara vaxt itirmədən, Banderanın gizləndiyi bütün yerləri müxtəlif silahlarla vurmağa” əsas verir.

“Qələbə masa arxasında deyil, döyüş meydanında qazanılmalıdır. Düşmənləri məhv etməklə, mənasız ‘sövdələşmələr’ bağlamaqla deyil”, — siyasətçi əlavə edib.

Oktyabrın 22-də axşam ABŞ Maliyyə Nazirliyi “Rusiyanın sülh prosesinə ciddi maraq göstərmədiyini” əsas gətirərək “Rosneft”, “LUKOIL” və onların törəmə şirkətlərinə qarşı yeni sanksiyalar paketi tətbiq edib.

Tramp daha sonra Moskvanı dərhal atəşkəsə çağırıb və “artıq çoxdan gözlədiyimizi” bildirib. Bununla yanaşı, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Moskva ilə dialoqda maraqlı olduğunu vurğulayıb.

ABŞ prezidenti həmçinin Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşün təxirə salındığını açıqlayıb.

“Sadəcə olaraq bunun doğru zaman olmadığını düşündüm. İstədiyimiz nəticəyə hələ çatmamışdıq”, — Tramp bəyan edib.

Oktyabrın 16-da telefon danışığı zamanı Tramp və Putin Budapeştdə görüş keçirmək barədə razılığa gəlmişdilər, lakin dəqiq tarix müəyyən olunmamışdı.

Oktyabrın 21-də Financial Times və The Telegraph yazmışdı ki, sammitin ləğvi qərarı Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında oktyabrın 20-də baş tutan telefon danışığından sonra qəbul edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək