Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Xidmət əlçatanlığında ilk sırada olan banklar hans...
Xidmət əlçatanlığında ilk sırada olan banklar hansılardır? –
İqtisadiyyat

Xidmət əlçatanlığında ilk sırada olan banklar hansılardır? – Araşdırma

Xpress.az Redaksiyası 04.11.2025 12:31

Azərbaycan bank sektorunda rəqabət getdikcə müştəri məmnuniyyəti və insanlara daha əlçatan olmaq üzərində cəmlənir. Banklar rəqəmsallaşmaqla yanaşı, xidmət şəbəkəsini də genişləndirərək maliyyə xidmətlərini ölkənin hər yerinə, hətta ən ucqar bölgələrinə, əsasən də yenidənqurma prosesində olan Qarabağa qədər çatdırmağa çalışırlar.

Bu istiqamətdə xüsusilə bankomat (ATM) və filial sayı bankların real bazar payının və müştərilərlə birbaşa əlaqəsinin mühüm göstəricilərindən biridir. Bəs ölkədə ən çox filial və bankomat hansı banka məxsusdur?

Qeyd edək ki, hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Xidmət şəbəkəsinin genişliyi istiqamətində isə liderlik Kapital Bankdadır. Bankın ölkə üzrə 119 filialı, 53 şöbəsi və 1190 bankomatı var. Bu göstərici ilə Kapital Bank maliyyə sektorunda birinci yeri tutur. Eyni zamanda ölkənin hər yerində müştəriyə ən yaxın bank imicini möhkəmləndirir. Siyahıda maliyyə sektorunun əsas simalarından biri olan ABB 77 filial, 10 şöbə və 1050 bankomatla 2-ci, Bank Respublika isə 38 filial, 83 ATM ilə 3-cü yerdə qərarlaşır.

Filial və ATM sayına görə ilk 10 bank aşağıdakı kimidir:

1. Kapital Bank – 119 filial, 53 şöbə,1190 ATM

2. ABB – 77 filial, 10 şöbə, 1050 ATM

3. Bank Respublika – 38 filial, 83 ATM

4. AccessBank – 37 filial, 1 şöbə, 44 ATM

5. Unibank – 31 filial, 185 ATM

6. Xalq Bank – 30 filial, 1 şöbə, 142 ATM

7. Rabitəbank – 28 filial, 74 ATM

8. Yelo Bank – 22 filial, 48 ATM

9. Bank of Baku – 21 filial, 36 ATM

10. TuranBank – 18 filial, 3 şöbə, 35 ATM

Xidmət şəbəkəsinin genişliyi bankların müştəri sayını artırmaqla yanaşı, regional iqtisadi fəallığın stimullaşdırılmasında da mühüm rol oynayır. Filial və ATM-lərin çoxluğu bankları daha əlçatan edir, müştəri etimadını gücləndirir və brendin geniş miqyasda tanınmasına xidmət edir.

Ümumilikdə, ATM və filial şəbəkəsinin genişlənməsi Azərbaycan bank sektorunun sağlam rəqabət mühitində inkişaf etdiyini göstərir. Bu rəqabətdə həm rəqəmsal, həm də fiziki müstəvidə güclü mövqeyə malik bankların liderliyi qazanılan etimad və düzgün qurulan strateji istiqamətin nəticəsidir. (Mənbə: banker.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək