Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Multimedia 1998-də Xəzər dənizdə heyrətamiz tapıntı:
1998-də Xəzər dənizdə heyrətamiz tapıntı:
Multimedia

1998-də Xəzər dənizdə heyrətamiz tapıntı: HƏQİQƏT GİZLƏDİLDİ

Xpress.az Redaksiyası 18.10.2025 10:14

Dəniz qüvvələrin zabiti və okeanoqrafiya tədqiqatçısı Jak-İv Kusto 11 iyun 1910-cu ildə Sent-Andre-de-Kubzakda anadan olub. Ümumilikdə 150-yə yaxın sənədli film çəkib.

Xpress.az “axar.az”a istinadən xəbər verir ki, o, bu filmlərdə dəniz ekosistemlərin müxtəlifliyi, gözəlliyi və kövrəkliyini göstərir.

Onun məqsədi okeanların qorunmasının zəruriliyi haqqında insanları maarifləndirmək idi.

1960-cı illərdə Kusto Leninqrad Hidrometeorologiya İnstitutunun Okeanologiya şöbəsinin sualtı tədqiqat laboratoriyasının alimləri və Nereus tədqiqat gəmisinin əməkdaşları ilə görüşən zaman Xəzər dənizi və onun barəsində yayılan mifləri araşdırmaq planını açıqlayır.
 

Lakin onun araşdırmaq planı yalnız 1998-ci ildə həyata keçirilir. 1998-ci il yayın ortalarında əfsanəvi Jak-İv Kustonun ekipajı bu dənizin flora və faunası haqqında film çəkmək üçün Xəzər dənizinə gedirdi. Bu zaman Kusto özü həyatda yox idi, lakin onun əlyazmaları və qeydləri əsasında komanda dənizdə araşdırlamalara başladı.


Okeanoqraf Petr Buxaritsinin sözlərinə görə, səfərin əsas məqsədi Xəzər dənizindəki nərə balığı problemlərinə və o zamanlar Xəzər hövzəsində yaranmış ekoloji vəziyyətə (xüsusən də karbohidrogen ehtiyatlarının qorunması probleminə) həsr olunmuş “Kusto komandasının sualtı odisseyası” filminin son seriyasını çəkmək olub. Tədqiqat UNESKO-nun sifarişi ilə aparılıb.

1998-ci ildə üç ay ərzində “Alcyone” gəmisində Kustonun komandası Xəzər dənizində sualtı çəkilişlər aparıb.
 

Qeydlərə görə, bu, Kusto komandasının görünən tərəfi idi, onların əsas məqsədi Makedoniyalı İsgəndərin xəzinəsinin tapılması ilə yanaşı, dənizdə görünməsi barədə məlumatlar olan qeyri-adi varlıqları öyrənmək üçün növbəti cəhd idi.


1998-ci ildə Kusto komandası qum qatının altında təxminən 60 metr dərinlikdə Makedoniyalı İsgəndər dövrünə aid yaşayış məskəninin qalıqlarını aşkar etdi. Bu yaşayış məskəni haqqında Herodot yazmış və A.Bakıxanov daha sonra buna istinad etmişdi.

Kusto komandası su altında qalmış üç şəhərin qalıqlarını aşkar edib: ikisi Abşeronun dayazlıqlarında, üçüncüsü isə Kür çayının Xəzərə töküldüyü yerdə.
 

Bu barədə məlumat daxil olan kimi onun komandasına təzyiqlər başlanır və araşdırmalara maneələr törədilir. Xəzinə və qədim şəhər qalıqları ilə yanaşı Kusto komandasının əldə etdiyi dənizdə olan qeyri-adi varlıqlar barədə sübutlar onlara qarşı maneələrə səbəb olan digər səbəb idi.


Gəmidən “Zodiak” şişmə qayığını və yapon motorunu oğurlayırlar və bütün vasitələrlə ona səddlər yaradırlar.

Adil Korzabayev adlı araşdırmaçı qeyd edir ki, 1998-ci ildə dünya şöhrətli dərin dəniz tədqiqatçısı Jak-İv Kusto komandası dənizdə olan varlıqları araşdırmaq üçün Xəzər dənizinə gəlmişdi.

1980-ci illərdən Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması və gəmiçilərə, balıqçılara görsənməsi barədə informasiya Sovet təhlükəsizlik xidmətinə daxil olurdu və bunu araşdırmaq üçün Kusto komandası üç ay ərzində Xəzər dənizində araşdırma aparırdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək