Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycan Dövlət Kukla Teatrı 8 noyabr
Azərbaycan Dövlət Kukla Teatrı 8 noyabr
Cəmiyyət

Azərbaycan Dövlət Kukla Teatrı 8 noyabr Zəfər Günü münasibətilə növbəti dəfə “Açı qapı” günü keçirəcək

Xpress.az Redaksiyası 05.11.2025 17:00

Belə ki, öz ənənəsinə sadiq qalan sənət ocağı Vətən müharibəsinin qəhrəman şəhid və qaziləri, eləcə də hərbçilərinin övladlarına həmin gün (saat 16.00) “Yeddi nar çubuğu” tamaşasını təqdim edəcək.
Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Müəllifin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası, vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlayır.
Rejissor məişət nağılının ideyasından irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. “Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən də istifadə edilməklə nağılın rəngarəng  səhnə həlli ərsəyə gətirilib.
Kölgə teatrı elementlərindən də istifadə edilməklə rəngarəng həll verilən tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Maraqla izlənilən tamaşada  obrazları teatrın aparıcı aktyorları – Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək