Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Qəbələ Festivalından Yadda Qalan Niyə Fərhad Bədəl...
Qəbələ Festivalından Yadda Qalan Niyə Fərhad Bədəlbəylinin Rəqsi Oldu?
Mədəniyyət

Qəbələ Festivalından Yadda Qalan Niyə Fərhad Bədəlbəylinin Rəqsi Oldu? -Günel Musa yazır…

Xpress.az Redaksiyası 05.08.2026 11:33

Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı. Yenə xəbərlər yayıldı: festival keçirildi, filan dirijor çıxış etdi, filan orkestr səhnəyə çıxdı, bağlanış mərasimi oldu və tədbir yekunlaşdı. Bununla da mövzu mediada bağlandı.

Halbuki söhbət sıradan bir konsertdən yox, Azərbaycanın beynəlxalq mədəniyyət həyatında ən mühüm musiqi hadisələrindən birindən gedir. İllərdir müxtəlif ölkələrdən dirijorlar, solistlər, orkestr kollektivləri və gənc musiqiçilər Qəbələyə gəlir. Bu festival təkcə konsert proqramı deyil, müxtəlif musiqi məktəblərinin, ifaçılıq ənənələrinin və mədəniyyətlərin görüş nöqtəsidir.
Bəs hanı həmin musiqiçilərlə geniş müsahibələr? Hanı onların Azərbaycan musiqisi haqqında fikirləri? Hanı festivalın pərdəarxası həyatı? Hanı ustad dərsləri, məşqlər, repertuar seçimi, ifaçıların yaradıcılıq yolu barədə reportajlar? Hanı bu festivalı dünyanın oxşar festivalları ilə müqayisə edən təhlillər?
Əgər bunlar yazılmırsa, festival cəmiyyət üçün sadəcə "keçirildi və bitdi" təsiri bağışlayır.
Bu, təkcə Qəbələ Festivalının problemi deyil. Ümumiyyətlə, Azərbaycanda mədəniyyət jurnalistikası uzun illərdir əsasən rəsmi informasiya yaymaq funksiyası ilə məhdudlaşır. Xəbərlərin böyük hissəsi "açılış oldu", "çıxış edildi", "mükafat təqdim olundu", "tədbir başa çatdı" kimi quru informasiyalardan ibarətdir. Oxucu isə hadisənin ruhunu, mahiyyətini və əhəmiyyətini görə bilmir.
Bəzən rəsmi agentliklərin qısa məlumatları və ayaqüstü müsahibələri yayımlanır. Bu, əlbəttə, informasiya baxımından lazımdır. Ancaq belə bir beynəlxalq festival üçün bu kifayət deyil. Belə tədbirlər dərin reportajlar, analitik yazılar, sənət adamları ilə geniş söhbətlər, fotohekayələr və sənədli materiallar tələb edir.
Ən böyük problemlərdən biri də budur ki, belə festivallara çox vaxt mədəniyyət sahəsində ixtisaslaşmış jurnalistlər deyil, ümumi müxbirlər ezam olunur. Halbuki musiqi festivalını işıqlandırmaq üçün təkcə xəbəri yazmaq kifayət etmir. Bunun üçün klassik musiqini tanımaq, bəstəkarları bilmək, ifaçılıq məktəblərini ayırd etmək, repertuarın əhəmiyyətini anlamaq və sənət adamı ilə peşəkar söhbət aparmaq bacarığı lazımdır.
Dünyanın nüfuzlu mədəniyyət festivallarına baxanda bunu aydın görürük. Həmin festivallarda təkcə konsertlər deyil, onların ətrafında böyük jurnalistika yaranır. Musiqiçilərlə geniş müsahibələr hazırlanır, tənqidi yazılar dərc olunur, tamaşalar və konsertlər təhlil edilir, festivalın şəhərin iqtisadiyyatına, turizminə və mədəni həyatına təsiri araşdırılır. Nəticədə festival bir neçə günlük tədbir olmaqdan çıxır və uzun müddət ictimai müzakirənin mövzusuna çevrilir. Bizdə isə  bu heç cür alınmır.
Əslində Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəni diplomatiyasının mühüm alətlərindən biridir. Azərbaycana gələn hər bir xarici musiqiçi ölkəmiz haqqında təsəvvür formalaşdırır. Onların fikirləri, təəssüratları və yaradıcılıqları haqqında yazılar həm ölkə daxilində, həm də beynəlxalq auditoriya üçün böyük maraq doğura bilər. Təəssüf ki, bu imkanlardan çox az istifadə olunur. Azərtacı-ın ayaqüstü quru, rəsmi müsahibələrindən başqa heç bir dəyərli material yoxdur. 
Ən acınacaqlı məqam isə budur ki, bu boyda beynəlxalq festivaldan sosial şəbəkələrdə ən çox yayılan görüntü Fərhad Bədəlbəylinin rəqs etməsi oldu. Günlərlə müxtəlif ölkələrdən gələn musiqiçilər səhnəyə çıxdılar, dünya klassikası səsləndi, ustad ifaçılar Azərbaycan tamaşaçısı qarşısında çıxış etdilər. Amma ictimai yaddaşda qalan əsas epizod musiqi deyil, bir neçə saniyəlik viral videoya çevrildi.
Bu, nə Fərhad Bədəlbəylinin günahıdır, nə də həmin görüntünün. İnsanlar maraqlı hesab etdikləri məqamları paylaşırlar. Problem ondadır ki, festivalın bədii və musiqi dəyərini cəmiyyətə çatdıracaq peşəkar media işi olmadıqda, informasiya boşluğunu təsadüfi və əyləncəli məzmun doldurur.
Mədəniyyət hadisəsinin yalnız əyləncəli bir epizodla xatırlanması göstərir ki, biz hələ də mədəniyyəti təqdim etməkdə ciddi problemlər yaşayırıq. Festivalın səhnəsi dünya səviyyəsində idi, amma onun media təqdimatı çox vaxt həmin səviyyəyə yüksələ bilmədi.
Mədəniyyət ucuz klik yarışının mövzusu deyil. O, dövlətin yumşaq gücüdür, milli kimliyin daşıyıcısıdır və gələcəyə qoyulan sərmayədir. Ona görə də mədəniyyət jurnalistikasına da peşəkar yanaşmaq lazımdır. Festivalı təşkil etmək qədər, onu cəmiyyətə doğru təqdim etmək də vacibdir.
Keçmiş UNESCO-nun Baş direktoru Federico Mayorun məşhur fikri bu gün də aktuallığını qoruyur: "Mədəniyyət inkişafın bəzəyi deyil, onun təməlidir."
Mədəniyyət siyasəti yalnız səhnə qurmaq, konsert təşkil etmək və rəsmi məlumat yaymaqla tamamlanmır. O, həm də bu hadisələri cəmiyyətə izah edən, sənətin dəyərini göstərən, insanlarda maraq və zövq formalaşdıran peşəkar mədəniyyət jurnalistikası ilə tamamlanmalıdır. Əks halda, dünya səviyyəli bir festival belə, media yaddaşında cəmi bir neçə xəbər və bir neçə foto ilə yaşayacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək