Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Tramp: Vensin Prezident seçilməsinə nail olmalıyıq
Tramp: Vensin Prezident seçilməsinə nail olmalıyıq
Dünya

Tramp: Vensin Prezident seçilməsinə nail olmalıyıq

Xpress.az Redaksiyası 06.08.2026 16:21

ABŞ Prezidenti Donald Tramp donorlarla şəxsi görüşündə bildirib ki, o, vitse-prezident Cey. Di. Vensin 2028-ci il prezident seçkilərində qalib gəlməsini istəyir.

"The Washington Post” qəzetinin avqustun 6-daə verdiyi məlumata görə, Tramp bu istəyini təxminən iki həftə əvvəl Oval Ofisdə donorlarla görüşündə ifadə edib.

Məlumata görə, bu şərh Trampın son bir ildəki ictimai mövqeyindən fərqlənir. O, əvvəllər Vens ilə dövlət katibi Marko Rubio arasında rəqabəti təşviq edib, hər ikisini tərifləyib, birlikdə namizəd ola biləcəklərini bildirib və üstünlük verilən varisin adını çəkmək istəməyib.

Ağ Evin müşavirlərindən biri görüşdən sonra qeyd edib ki, Prezident Vensin özündən sonra Respublikaçılar partiyasına rəhbərlik etməsi qərarına gəlib, lakin onun namizədliyini nə vaxt elan edəcəyi və ya açıq şəkildə dəstəkləyəcəyini müəyyən etmək hələ tezdir.

Lakin Trampın digər altı müttəfiqi və məsləhətçisi buna tam əmin deyil. Onlar qeyd ediblər ki, Prezident fərqli insanlara müxtəlif sözlər deyir və yenə də fikrini dəyişə bilər. Ağ Evin bir rəsmisi deyib: “Bunun qəti qərar olduğunu düşünən hər kəs sadəcə hadisələri çox qabaqlayır və ya Prezidenti yaxşı tanımır”.

Vens isə planlarını açıqlamayıb. Vitse-prezidentlə danışan insanlar onun hələ qərarsız olduğunu bildiriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək