Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Sabiq nazir külli miqdarda borca düşdü
 Sabiq nazir külli miqdarda borca düşdü
İqtisadiyyat

Sabiq nazir külli miqdarda borca düşdü - FOTO

Xpress.az Redaksiyası 22.09.2026 18:48

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlər – “İmprotex Motors” və “İmprotex Trucks Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.

 Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

 Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İmprotex Motors”un 108 545.92 manat, “İmprotex Trucks Buses”in isə 970 909.88 manat vergi borcu yaranıb.

 Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks  Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.

 “İmprotex Motors” şirkəti 1997-cu ildə dövlət qeydiyyatına alınıb. Yerli avtomobil bazarında ilk rəsmi idxalçı kimi tarixə düşən “İmprotex Motors” şirkətinin əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır.

 “İmprotex Trucks Buses” şirkəti isə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “MAN Truck  Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək