Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Vəzifəli şəxsi bıçaqladı -
Vəzifəli şəxsi bıçaqladı -
Gündəm

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Xpress.az Redaksiyası 06.08.2026 08:36

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Kamran Tağıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci ilin yanvar ayının 15-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
 Belə ki, Kamran Tağıyev orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində axşam saatlarında şəhər parkında tanışı, zərərçəkmiş olan və hüquq-mühafizə orqanlarından birində çalışan zərərçəkmiş İ.İ. (adı, soyadı şərtidir) ilə qarşılaşıb. O, zərərçəkmişə peşə fəaliyyəti ilə bağlı nalayiq ifadələr işlədib və tərəflər arasında mübahisə yaranıb.

Ətrafdakı şəxslər vaxtında müdaxilə edərək mübahisənin böyüməsinin qarşısını alsalar da, təqsirləndirilən şəxs bununla kifayətlənməyib. O, evinə gedərək mətbəx bıçağını götürüb yenidən İ.İ.-ni axtarmağa çıxıb.

İş materiallarına görə, həmin gün saat 23 radələrində Xudat şəhərinin S.Stallı küçəsində Kamran zərərçəkmişi taparaq bıçaqla ona iki zərbə endirib. Zərbələrdən biri zərərçəkmişin kürək nahiyəsinə, digəri isə sağ əlinə dəyib.

Məhkəmədə ifadə verən Kamran Tağıyev özünü yalnız qismən təqsirli hesab edib. O deyib ki, hadisə günü parkda tanışları ilə rastlaşıb və bir qədər spirtli içki qəbul etdiyindən baş verənlərin hamısını dəqiq xatırlamır.
 Onun sözlərinə görə, parkda İ.İ. ilə aralarında mübahisə yaranıb, bu zaman şahidlər onları ayırıblar. Təqsirləndirilən şəxs iddia edib ki, ayrıldıqları vaxt zərərçəkmiş onu söyüb və hadisə yerindən uzaqlaşıb.

O deyib ki, sonradan evə qayıdaraq sakitləşsə də, naməlum səbəbdən bıçaq götürərək yenidən zərərçəkmişin yanına gedib. Kamranın ifadəsinə görə, məqsədi ondan üzr istəməsini tələb etmək olub. O, əvvəlcə İ.İ.-yə zəng etsə də, cavab ala bilməyib, daha sonra onu küçədə görərək söhbət etmək istəyib.

İfadəsində o qeyd edib ki, zərərçəkmiş yenidən onun üzərinə gəldiyi üçün əlindəki bıçağı atıb və bıçaq diyirlənərək İ.İ.-yə dəyib. Bundan sonra zərərçəkmiş hadisə yerindən uzaqlaşıb. (Pravda.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gəncədə kütləvi dava: Bir nəfər öldü, üç nəfər yaralandı - FOTO

06.08.2026 20:32 Hadisə

İzdihamın üzərinə maşın sürən şəxs ömürlük həbs edildi

06.08.2026 17:59 Dünya

Naxçıvanın 40 illiyinə hədiyyə edilən univermağın

06.08.2026 17:28 Ana səhifə

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

06.08.2026 17:26 İqtisadiyyat

Dnepropetrovsk vilayəti bombalandı,

06.08.2026 17:00 Dünya

Sosial və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

06.08.2026 16:43 Cəmiyyət

Tramp: Vensin Prezident seçilməsinə nail olmalıyıq

06.08.2026 16:21 Dünya

Ceyhun Bayramov Ukraynada arxiv sənədlərlə tanış olub

06.08.2026 16:04 Siyasət

AAYDA ilə bağlı QALMAQAL -

06.08.2026 13:11 Cəmiyyət

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur -

06.08.2026 13:00 Cəmiyyət

Küləkli havada çimərliklərə gedənlərə

06.08.2026 11:06 Cəmiyyət

Sabiq nazirin müsadirə olunan əmlakı 463 min manata satıldı

06.08.2026 10:06 Gündəm

1 milyon avroluq uduş bileti zibillikdən tapıldı

06.08.2026 09:49 Hadisə

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

06.08.2026 09:43 Təhsil

Azərbaycan taekvondosunun parlayan ulduzu

05.08.2026 23:00 İdman

ŞOK İDDİA: Ukraynanın taleyi gizli görüşdə müzakirə olunub

05.08.2026 19:58 Dünya

38 saxta diplom aşkarlanıb... -

05.08.2026 19:27 Təhsil

Outlet geyimləri ilə bağlı həqiqətlər: Satılan məhsulların mənşəyi nədir?

05.08.2026 17:17 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək