Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ceyhun Bayramov Ukraynada arxiv sənədlərlə tanış o...
Ceyhun Bayramov Ukraynada arxiv sənədlərlə tanış olub
Siyasət

Ceyhun Bayramov Ukraynada arxiv sənədlərlə tanış olub

Xpress.az Redaksiyası 06.08.2026 16:04

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində (XİN) arxiv sənədlərlə tanış olub.

Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin (Komissarlığının) fəaliyyətini, həmçinin 1918–1920-ci illərdə Azərbaycan ilə Ukrayna arasında mövcud olmuş diplomatik münasibətləri əks etdirir.

Nazirə təqdim olunan materiallar sırasında həmin dövrə aid tarixi sənədlər, rəsmi yazışmalar, eləcə də Azərbaycan və Qafqaz regionu ilə bağlı hazırlanmış hesabatlar yer alıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək