Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Cənazə ilə yola düşmək istəyən ailəyə bilet satılm...
Cənazə ilə yola düşmək istəyən ailəyə bilet satılmadı: Təyyarədə isə 6 boş yer qaldı –
Cəmiyyət

Cənazə ilə yola düşmək istəyən ailəyə bilet satılmadı: Təyyarədə isə 6 boş yer qaldı – AZAL-la bağlı növbəti narazılıq

Xpress.az Redaksiyası 02.08.2026 11:20


Cənazə ilə yola düşmək istəyən ailəyə bilet satılmadı: Təyyarədə isə 6 boş yer qaldı – AZAL-la bağlı növbəti narazılıq

Naxçıvan istiqamətində aviareyslərlə bağlı sərnişin narazılıqları yenidən gündəmə gəlib. Bu dəfə etirazın səbəbi cənazə aparan ailənin bütün müraciətlərinə baxmayaraq, onlara bilet satılmaması, sonradan isə həmin reysdə 6 boş yerin olduğu iddiasıdır.

İddialara görə, 2 avqust 2026-cı il tarixində saat 04:15-də həyata keçirilən reysə bilet almaq istəyən sərnişinlər dəfələrlə növbə rəisinə və kassada çalışan əməkdaşlara cənazə apardıqlarını, vəziyyətlərinin fövqəladə olduğunu bildiriblər. Buna baxmayaraq, onlara "yer yoxdur" cavabı verilib və mərhumun yaxınları hava limanında gözləməyə məcbur qalıblar.

Hadisənin daha mübahisəli tərəfi isə sonradan üzə çıxıb. Həmin reyslə uçan qohumlarının göndərdiyi görüntülərdə təyyarədə 6 boş oturacağın olduğu iddia edilir. Bildirilir ki, bu sübutlar növbə rəisinə və kassada çalışan əməkdaşlara təqdim edildikdən sonra məsuliyyət bir-birinin üzərinə atılıb, sərnişinlərə isə aydın izahat verilməyib.

Bu hadisə bir sıra suallar doğurur. Əgər təyyarədə həqiqətən də boş yerlər olubsa, niyə cənazə aparan ailəyə həmin biletlər satılmayıb? Belə həssas vəziyyətdə olan insanlara niyə xüsusi yanaşma göstərilməyib? Bu suallar təkcə xidmət keyfiyyəti ilə deyil, həm də vətəndaşa münasibət, humanizm və sosial məsuliyyət baxımından ciddi əhəmiyyət daşıyır.

Qeyd edilməlidir ki, Naxçıvan istiqamətində biletlərin əlçatanlığı ilə bağlı narazılıqlar yeni deyil. Son illər müxtəlif vaxtlarda sərnişinlər biletlərin qısa müddətdə tükəndiyini, kassalarda yer olmadığı bildirildiyi halda təyyarələrdə boş oturacaqların qaldığını və son anda yerlərin istifadəsiz qaldığını iddia ediblər. Xüsusilə təcili səfər etməli olan, xəstəsi və ya cənazəsi olan ailələr belə halların onlara ciddi mənəvi və maddi çətinlik yaratdığını bildirirlər.

Belə halların qarşısının alınması üçün fövqəladə və humanitar vəziyyətlərdə istifadə edilə biləcək xüsusi ehtiyat yerlərin ayrılması, həmçinin biletlərin satışı və boş qalan yerlərlə bağlı şəffaf mexanizmin tətbiqi vacibdir. Bu, həm vətəndaş məmnuniyyətini artırar, həm də boş qalan yerlərin aviaşirkət üçün iqtisadi itkiyə çevrilməsinin qarşısını alar.

Baş vermiş hadisə ilə bağlı ictimaiyyət AZAL-dan rəsmi araşdırma aparılmasını, 6 boş yer olduğu halda cənazə aparan sərnişinlərə niyə bilet satılmadığının izah edilməsini və məsul şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini gözləyir.
P.S. Bu xoşagəlməz halı qohumlarının yaşadığını bildirən və təyyarədə boş yer olması faktını Elyar İslamoğlu sosial media hesanında paylaşıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək