Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycanda daha bir vəzifəli şəxs
Azərbaycanda daha bir vəzifəli şəxs
Gündəm

Azərbaycanda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ

Xpress.az Redaksiyası 03.11.2025 15:13

Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə dəfələrlə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməllərinə dair çoxsaylı vətəndaş şikayəti əsasında Qusar rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həyata keçirilmiş çoxsaylı istintaq hərəkətləri nəticəsində Zahid Abuyevin 2016-cı ildən 2025-ci ilin aprel ayınadək Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin 40-a yaxın sakininin qanun pozuntuları barədə meşəbəyliyə və ya aidiyyəti qurumlara məlumat verməməsi müqabilində hədə-qorxu yolu ilə onlardan dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitləri və digər maddi nemətlər almasına dair əsaslı şübhələr müəyyən edilib.
 Toplanmış sübutlar əsasında Zahid Abuyev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qusar rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək