Bəşəriyyət üçün ölüm hökmü: 1972-ci il proqnozu gerçəkləşir
MIT alimlərinin yarım əsr əvvəlki proqnozu gerçəkləşir: Bəşəriyyəti sistemli böhran gözləyir
Təxminən 50 il əvvəl, Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri xəbərdarlıq etmişdilər ki, ekoloji və sosial məhdudiyyətlər nəzərə alınmadan davam edən iqtisadi artım insanlığı qlobal sistem böhranına gətirib çıxara bilər.
Yale Journal of Industrial Ecology jurnalının məlumatına görə, 1972-ci ildə hazırlanan bu proqnoz bu gün özünü doğrultmağa başlayır. Statistik və riyazi modelləşdirməyə əsaslanan MIT tədqiqatı 12 mümkün gələcək ssenarini təhlil etmişdi. Onlardan ən real olanı göstərirdi ki, nəzarətsiz resurs istehlakı sənaye istehsalında durğunluğa, məhsuldarlığın azalmasına və həyat keyfiyyətinin pisləşməsinə səbəb olacaq.
Model həmçinin qeyd edirdi ki, təbii ehtiyatlar azaldıqca, investisiyalar xammal sənayesinə yönələcək, nəticədə kənd təsərrüfatı və sosial sahələr resurs çatışmazlığı ilə üzləşəcək.
Hesabat ilk dəfə dərc ediləndə alimlər həddindən artıq bədbinlikdə və panika yaratmaqda ittiham olunmuşdular. Lakin onilliklər sonra faktlar onların proqnozlarını təsdiqləməyə başladı.
2020-ci ildə müstəqil ekspert Gaia Herrington MIT modelini yenidən təhlil etdi və nəticələr 1970-ci illərdən bəri müşahidə olunan real tendensiyalarla böyük oxşarlıq göstərdi.
Herrington əhalinin artımı, sənaye istehsalı, çirklənmə səviyyəsi və resursların tükənməsi kimi on əsas göstərici üzrə müqayisə aparıb.
Nəticə belə olub: Bəşəriyyət hələ də sosial-iqtisadi və ekoloji böhrana aparan trayektoriyada qalır. Əgər bu tendensiyalar davam edərsə, 2040-cı ilə qədər qlobal sistemin çökməsi mümkündür.
Qeyd edək ki, ABN24 daha əvvəl Vanqanın 2026-cı il üçün proqnozu barədə yazmışdı. Görgünün ən qorxulu peyğəmbərliklərindən biri qlobal qıtlıq ehtimalı ilə bağlı idi.