Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Festival Azərbaycan cəmiyyətində əsrlərdir formal...
“Festival Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq fəlsəfəsinin ifadəsidir” -
Cəmiyyət

“Festival Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq fəlsəfəsinin ifadəsidir” - Ramin Məmmədov

Xpress.az Redaksiyası 05.11.2025 12:37

“Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır”.

Xpress.az xəbər verir ki, bu fikirləri “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib:

"Bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir. Bir müddət öncə Dövlət Suverenliyi Gününü qeyd etdik. Üç gün sonra isə Azərbaycan tarixinin ən şanlı tarixini – Zəfər Gününü qeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələr xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının təntənəsidir. Suverenlik və Zəfər — Konstitusiyamızın, dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır".

Ramin Məmmədov qeyd edib ki, ərazi bütövlüyünün və suverenliyin bərpası sayəsində bu gün Azərbaycan öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır.

"Suverenlik bizim ən ali dəyərlərimizdən, ən böyük tarixi nailiyətlərimizdən biridir. Suverenlik olmadan Konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı.Biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq. Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən, əqidəsindən inancından asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir. Yanaşı duran bu çadırlar eyni Vətənin övladları olaraq bizləri birləşdirən mənəvi körpünün simvollarıdır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək