Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gündüz İsmayılov: "Fərqliliyin rəngi" festivalını...
Gündüz İsmayılov:  "Fərqliliyin rəngi" festivalının məqsədi Azərbaycandakı tolerantlıq mühitini nümayiş etdirməkdir
Cəmiyyət

Gündüz İsmayılov: "Fərqliliyin rəngi" festivalının məqsədi Azərbaycandakı tolerantlıq mühitini nümayiş etdirməkdir

Xpress.az Redaksiyası 05.11.2025 11:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Konstitusiya və suverenlik ili” çərçivəsində bir sıra tədbirlər həyata keçirir.
Bunu jurnalistlərə Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında Komitənin nümayəndəsi Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, bu gün keçirilən festival həm forması, həm də məzmunu baxımından əvvəlki tədbirlərdən xeyli fərqlənir.
“Bu tədbirin məqsədi Azərbaycanda mövcud olan tolerantlıq atmosferini, dini konfessiyalararası dialoqu, dini icmalar arasında birliyi, həmçinin milli və mənəvi dəyərlərimizə sədaqəti nümayiş etdirməkdir. Bu dəyərlər Azərbaycan kimliyinin ayrılmaz tərkib hissəsidir,” – deyə Gündüz İsmayılov qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək