Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm İflas edən şirkət 2160 işçini işdən ÇIXARDI 
İflas edən şirkət 2160 işçini işdən ÇIXARDI 
Gündəm

İflas edən şirkət 2160 işçini işdən ÇIXARDI 

Xpress.az Redaksiyası 13.10.2025 11:01

İzmirin Menemen və Sasalı bölgələrində fəaliyyət göstərən TPI Kompozit, 5 aydır davam edən tətilin ardından iflasını elan edərək fəaliyyətlərini Dubay mənşəli XCS Composites şirkətinə devr etdiyini açıqlamışdı. Lakin indi daha da diqqətçəkən bir hadisə baş verib: şirkət 2 min 160 işçini toplu şəkildə işdən çıxardığını bildirib. Daha da maraqlısı isə bu bildirişin artıq idarəetməni təhvil almış XCS tərəfindən deyil, iflas etdiyini elan edən TPI Kompozit tərəfindən göndərilmiş olmasıdır.

Xpess.az xəbər verir ki, işçilərin baş nümayəndəsi Polat baş verənlərə kəskin reaksiya verərək bildirib: “İşçilərə qarşı adeta bir oyun oynanır.” Onun sözlərinə görə, bu vəziyyətdə işçilərin hüquqlarının necə qorunacağı və prosesin necə davam edəcəyi hələ də qeyri-müəyyəndir.

TPI Kompozit zavodlarında çalışan və Petrol Kimya Qauçuk İşçiləri Həmkarlar İttifaqına (Petrol-İş) üzv olan işçilər, toplu əmək müqaviləsi danışıqlarında razılaşma əldə olunmadığı üçün 13 may tarixində istehsalı dayandıraraq tətilə başlamışdılar. Həmkarlar ittifaqı maaş artımı tələblərini 120 faiz olaraq təyin etmiş, işəgötürən isə ilkin olaraq sadəcə 30 faiz artım təklif etmişdi. Tətilin gedişatında bu təklif 80 faizə qədər yüksəldilmiş, lakin işçilər bu təklifi də kifayət hesab etməyərək tətili davam etdirmişdilər.

Nəhayət, 10 oktyabr axşamı 2 min 160 işçiyə işdən çıxarıldıqları barədə bildirişlər göndərilib. Bu işdən çıxarılmaların 9 noyabra qədər tamamlanması planlaşdırılır.

İşçilərə göndərilən rəsmi sənəddə belə yazılıb:

“Aylardır yeni sifarişlər alınmadığından istehsal dayanmışdır və yaxın gələcəkdə də sifarişlərin alınması mümkün görünmür. Cari iqtisadi vəziyyət çərçivəsində işçi xərclərini qarşılayacaq vəziyyətdə deyilik və artıq işçi sayı ehtiyacdan artıqdır. Bu səbəbdən iqtisadi və əməliyyat baxımından toplu şəkildə işçilərin işdən çıxarılması həyata keçiriləcəkdir.”

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək