Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Nazirlikdən ömrünü teatra həsr etmiş direktorun d...
 Nazirlikdən ömrünü teatra həsr etmiş direktorun dəfninə
Cəmiyyət

Nazirlikdən ömrünü teatra həsr etmiş direktorun dəfninə HÖRMƏTSİZLİK

Xpress.az Redaksiyası 05.11.2025 17:15

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin vəfat etməsi barədə məlumat vermişdik.

Vaqif Vəliyev bu gün  Sumqayıt  Şəhər Qəbiristanlığında dəfn olunub.

Vaqif Vəliyev əməkdar mədəniyyət işçisi,36 il müddətində teatr direktoru olmasına baxmayaraq  Mədəniyyət Nazirliyi  teatr xadiminin dəfninə biganə yanaşıb.

Oxu24.com-un əməkdaşının bildirdiyinə görə,dəfn mərasimində  nə Mədəniyyət Nazirliyinin yüksək vəzifə tutan nümayəndələrinə,nə də Füzuli Rayon İcra Hakimiyyətinin başçısına rast gəlinib.

Diqqətimizi çəkən məqamlardan biri də Mədəniyyət Nazirliyinin teatr xadiminin vəfatı ilə bağlı başsağlığı  belə verməməsi oldu.

Nazirliyin ömrünü teatra həsr etmiş birinə qarşı belə etinasızlıq göstərməsi anlaşılan  deyil.

Onu da qeyd edək ki, sözügedən qurum tərəfindən Vaqif Vəliyevin dəfninə əklil də göndərilməyib.

Məlumat üçün  qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.

O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda Mədəni-maarif fakultəsində təhsil alıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək