Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya “Tramp: Çox müttəfiqimiz əsl dost deyil”
“Tramp: Çox müttəfiqimiz əsl dost deyil”
Dünya

“Tramp: Çox müttəfiqimiz əsl dost deyil”

Xpress.az Redaksiyası 11.11.2025 09:09

Xpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib ki, rəsmi olaraq Vaşinqtonun müttəfiqi sayılan bir çox ölkə əslində ABŞ üçün həqiqi dost hesab edilə bilməz.

Tramp bildirib ki, ABŞ-ın bəzi müttəfiqləri ticarət və iqtisadi sahələrdə ədalətli davranmayıblar, onlarla əlaqələrdə Vaşinqton bəzən gözlədiyindən daha çox güzəştlər edib və hətta bəzi hallarda bu ölkələr Çindən də artıq şəkildə faydalanıblar. O, belə davranışların ABŞ-ın milli maraqlarına zərər verdiyini vurğulayıb və müttəfiqlərlə münasibətlərin daha balanslı və qarşılıqlı faydalı olmasının vacibliyini qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək