Pəncərə kənarına soda tökün- NƏTİCƏSİ SİZİ TƏƏCCÜBLƏNDİRƏCƏK
Pəncərə kənarlarındakı kif və rütubəti cəmi bir neçə dəqiqə ərzində təmizləyən sadə bir üsul var. Bir az soda (karbonat) səpin — nəticəyə siz də təəccüblənəcəksiniz.
Soyuq havalarla birlikdə pəncərələrdə buğulanma mövsümü başlayıb. Yoğuşan su buxarı təkcə narahatedici bir mənzərə yaratmır, həm də evə yayılan kif və pis qoxunun səbəbi olur. Mütəxəssislərə görə, problemin həlli mətbəximizin ən sadə vasitələrindən biri — karbonatda gizlidir.
Noyabr ayı nisbətən mülayim keçsə də, pəncərələrdə buğulanma mövsümü artıq rəsmi şəkildə başlayıb. Evdə paltar qurudarkən, duş alarkən, yemək bişirərkən və isitmə cihazları işləyərkən havadakı rütubət artır, bu da pəncərə kənarlarında su damlalarının əmələ gəlməsinə səbəb olur.
Zamanla bu rütubət pəncərə çərçivələrində kif və göbələk əmələ gətirir. Bu, həm pis bir görüntü yaradır, həm də sağlamlıq baxımından risklidir. Mütəxəssislər xüsusilə kifin tənəffüs yolları problemlərinə yol aça biləcəyini vurğulayırlar.
Kif və rütubətə qarşı ən sadə, ən təsirli və ən təbii həll: karbonat və sirkə qarışığıdır.
Təmizlik mütəxəssislərinə görə, karbonat təbii bir kif təmizləyici və səth parladıcı kimi işləyir. Sirkeylə birləşdikdə isə həm mikrobları öldürür, həm də qoxunu aradan qaldırır.
Bir qabda bir ölçü sirkə və bir ölçü suyu, iki ölçü karbonatla qarışdırın. Macun halına gələnə qədər qarışdırmağa davam edin. Fırça köməyi ilə bu qarışığı kifli və ya rütubətli hissələrə bol şəkildə çəkin. Qurumasını gözləyin, sonra ilıq su ilə silib quru bezlə təmizləyin.
Karbonat səthlərdəki rütubəti özünə çəkir və kif sporlarının yapışmasının qarşısını alır. Bundan başqa, kimyəvi təmizləyicilər kimi ağır qoxu buraxmır və ekoloji baxımdan zərərsizdir. Sirkeylə reaksiyaya girdikdə isə köpürmə effekti yaradaraq dərin təmizlik təmin edir.