Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Misirdə QƏZA: Yaralılar arasında
Misirdə QƏZA: Yaralılar arasında
Dünya

Misirdə QƏZA: Yaralılar arasında Azərbaycanlılar da var

Xpress.az Redaksiyası 14.11.2025 23:30

Misirdə Əl-Quseyr və Marsa Alam kurortları arasında hərəkət edən turist mikroavtobusu minik avtomobili ilə toqquşub. Nəticədə iki Azərbaycan vətəndaşı da daxil olmaqla bir neçə nəfər yaralanıb.

Bu barədə “Ən-Nahar” qəzeti məlumat yayıb.

Məlumata görə, qəza zamanı bir Misir vətəndaşı həyatını itirib. Beş rus turist, iki Azərbaycan vətəndaşı və bir Almaniya vətəndaşı olmaqla ümumilikdə yeddi nəfər xəsarət alıb.

Qəzet bildirir ki, yaralılar təcili tibbi yardım vasitəsilə Əl-Quseyr Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək