Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Belarusdan Aİ ölkələrinə
Belarusdan Aİ ölkələrinə
Dünya

Belarusdan Aİ ölkələrinə MÜRACİƏT

Xpress.az Redaksiyası 15.11.2025 15:45

Belarus Avropa İttifaqına üzv olan qonşu ölkələri sərhəddəki əvvəlki iş rejiminin bərpasına çağırır.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Belarus Baş naziri Aleksandr Turçin və Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin rəhbərliyi ilə sərhəd vəziyyətinə həsr olunmuş iclas keçirilib. Görüşdə XİN, Dövlət Sərhəd Komitəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərləri də iştirak ediblər.

Bildirilib ki, iclasda Belarus-Aİ sərhədində mövcud vəziyyət və gələcək perspektivlər ətraflı şəkildə müzakirə olunub.

Qeyd olunub ki, indiki durum nə Belarusun, nə də Avropa İttifaqının maraqlarına cavab verir.

"Belarus qonşu Avropa ölkələrini sadə vətəndaşların mənafeyi və transsərhəd əməkdaşlığın inkişafı naminə sərhədin əvvəlki iş rejiminin bərpasına ardıcıl şəkildə çağırır",- məlumatda vurğulanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək