Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bu ölkədə fövqəladə vəziyyət elan olundu
Bu ölkədə fövqəladə vəziyyət elan olundu
Dünya

Bu ölkədə fövqəladə vəziyyət elan olundu

Xpress.az Redaksiyası 15.11.2025 23:02

Uelsin cənub-şərqindəki Monmut şəhərində “Klaudiya” qasırğasının yaratdığı güclü daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib.

Qərarın verilməsindən sonra xilasedicilər evakuasiya və xilasetmə əməliyyatlarını davam etdirir, şəhər sakinlərinin təhlükəsizliyi üçün yoxlamalar aparırlar.

Böyük Britaniyada həftəsonu yağışlı hava şəraiti davam edəcək, gələn həftə isə kəskin soyuq hava proqnozlaşdırılır. Hazırda İngiltərədə təxminən 50, Uelsdə isə 9 daşqın xəbərdarlığı qüvvədədir.

Monnou çayının daşması nəticəsində şəhər mərkəzində çox sayda ev və iş yeri su altında qalıb. Yerli sakinlərin bir qismi təhlükəsizlik səbəbilə şəhər kitabxanasına təxliyə edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək