Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Azərbaycandan qaz almaq istəyən
Azərbaycandan qaz almaq istəyən
Dünya

Azərbaycandan qaz almaq istəyən NÖVBƏTİ ÖLKƏ

Xpress.az Redaksiyası 16.11.2025 13:07

Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.

“Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə, polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Fransa ilə birgə Ukraynanın döyüş aviasiyasını, hava hücumundan müdafiəsini və digər müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək tarixi saziş hazırlanıb.

Ukrayna Prezidenti bazar ertəsi İspaniyaya gözlənilən səfərin məhsuldar olacağını da bildirib.

"Səfər cədvəlinə görə, bu, bazar ertəsi olacaq. Səfər mənalı keçəcək, həqiqətən də Ukraynaya özünü müdafiə etməyə və məqsədrinə çatmağa kömək edəcək bir dəstək olacaq”, - deyə Zelenski vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək