Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Türkiyə bu ailənin faciəvi ölümündən danışır
Türkiyə bu ailənin faciəvi ölümündən danışır
Dünya

Türkiyə bu ailənin faciəvi ölümündən danışır

Xpress.az Redaksiyası 16.11.2025 14:08

Almaniyadan Türkiyəyə səfər edən dördnəfərlik ailənin İstanbulda baş verən faciəvi ölümü Türkiyə gündəmində rezonans yaradıb.

Ailə 9 noyabrda İstanbulun Fatih rayonundakı hoteldə yerləşdikdən sonra 11 noyabrda Ortaköydə səyyar satıcıdan midye, daha sonra isə restorandan müxtəlif yeməklər alıb. Həmin gecə ana Çiğdem Böcek üçyaşlı qızının hərəkətsiz olduğunu görüb və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ailənin bütün üzvləri xəstəxanaya aparılsa da, iki azyaşlı uşaq və ana tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Ata Servet Böcek isə süni nəfəs aparatında müalicə olunur.

İlkin araşdırmalar zamanı həm qida zəhərlənməsi, həm də hoteldə həyata keçirilən dərmanlama şübhəsi üzərində dayanılıb. Hotelin bir otağında 11 noyabrda kimyəvi dərmanlama aparıldığı müəyyən edilib və istifadə edilən maddələrin insan sağlamlığı üçün təhlükəli ola biləcəyi ehtimalı irəli sürülüb.

Sağlamlıq və Kənd Təsərrüfatı idarələrinin mütəxəssisləri dərmanlama zamanı tətbiq olunan maddələrdən nümunələr götürərək laboratoriyaya göndərib. Eyni zamanda ailənin qida qəbul etdiyi obyektlərdən də nümunələr götürülüb.

Hadisə ilə bağlı hotelin bir əməkdaşı, dərmanlama şirkətinin iki əməkdaşı və ailənin qida aldığı məkanlarla bağlı dörd nəfər daxil olmaqla ümumilikdə 7 nəfər saxlanılıb. Araşdırmalar çərçivəsində hotel tam şəkildə möhürlənib və bütün müştərilər təxliyə edilib.

İstanbul Vilayət Sağlamlıq Müdiri Abdullah Emre Güner bildirib ki, eyni hoteldə qalan iki turist də bu gün zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və vəziyyətləri stabildir. Üçüncü şəxsin isə müşahidə altında saxlanıldığı açıqlanıb.



Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək