Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Görüşləri təxirə salındı
Görüşləri təxirə salındı
Dünya

Görüşləri təxirə salındı

Xpress.az Redaksiyası 16.11.2025 16:49

“Rusiya və ABŞ arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammit müəyyən müddətə təxirə salınıb”.

 TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov məlumat verib.

O açıqlamasında iki ölkə arasında bu mövzuda əlaqələrin davam etdiyini bildirib.

Uşakovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü müvəqqəti olaraq ertələnib:

“Sammit bir müddət təxirə salınıb, bu məsələ ilə bağlı təmaslar davam edir”.

Xatırladaq ki, Donald Tramp oktyabrın 16-da Vladimir Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlamışdı. Lakin daha sonra sammitin keçirilməsi dayandırılıb. Moskva və Vaşinqton bildiriblər ki, görüş yalnız münasib şərait formalaşdıqdan sonra baş tutacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək