Dünya
Türkiyədə inşaat zamanı uçqun oldu - Ölən və xəsarət alanlar var
Xpress.az Redaksiyası
16.11.2025 18:14
Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb.
Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.