Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bu ölkədə kasıb tapılmır –
Bu ölkədə kasıb tapılmır –
Dünya

Bu ölkədə kasıb tapılmır – AVROPANIN GİZLİ CƏNNƏTİ

Xpress.az Redaksiyası 17.11.2025 14:44

Ərazisinə görə Avropanın ən kiçik ölkələrindən biri olan Lixtenşteyn xəritədə demək olar ki, görünməsə də, adambaşına düşən gəlirə görə dünyanın ən zəngin dövlətləri sırasında qərarlaşıb. Alp dağlarının ətəyində yerləşən bu mikrodövlət sabit iqtisadiyyatı, minimal cinayət səviyyəsi, yüksək həyat standartı və özünəməxsus ənənələri ilə diqqət çəkir. Bəs Lixtenşteyni bu qədər xüsusi edən nədir? Bu ölkədə yaşamaq mümkündürmü?

Kiçik ölkə, böyük tarix

Təxminən 40 min nəfərlik əhaliyə sahib Lixtenşteynin paytaxtı Vaduza olmaqla, cəmi 160 kvadrat kilometr ərazisi var. Ölkənin adı təxminən 900 illik tarixi olan Lixtenşteyn sülaləsinin adından götürülüb və “parlaq daş” mənasını verir. 1719-cu ildə Vaduz və Şellenberqin birləşməsi ilə knyazlıq yaranıb, 1866-cı ildən isə tam müstəqil dövlət kimi fəaliyyət göstərir.

Alp dağlarının qoynunda unikal təbiət

Lixtenşteyn tamamilə Alp dağlarında yerləşir. Bu, ölkəyə təmiz hava, geniş idman imkanları və ilboyu turizm potensialı qazandırır. Qış idmanı, yürüş marşrutları və velosiped turları həm yerli əhalinin, həm də turistlərin əsas məşğuliyyətlərindəndir.

Nə hava limanı, nə dəmir yolu – velosipedlə sakit həyat

Ölkədə nə hava limanı, nə də dəmir yolu var. Lixtenşteynə yalnız İsveçrə və Avstriya üzərindən daxil olmaq mümkündür. Velosiped isə həm gündəlik, həm də ən rahat nəqliyyat vasitəsi hesab olunur.

Avropanın ən zəngin ölkələrindən biri

Lixtenşteyn adambaşına düşən gəlirə görə dünya liderlərindəndir. Bunun əsas səbəbləri – aşağı vergi dərəcələri, investorlar üçün əlverişli biznes mühiti, güclü bank sektoru və ölkənin kiçik əhali sayıdır. Knyazlığın xarici borcu yoxdur, işsizlik isə minimum səviyyədədir.

Cinayət səviyyəsi demək olar ki, sıfırdır

Lixtenşteyn dünyada ən təhlükəsiz ölkələrdən biridir. Sakinlərin böyük qismi evlərini açıq saxlayır. Polisin işçisi 100-dən azdır və ölkənin tək həbsxanasında cəmi 10-a yaxın məhbus olur. Maraqlıdır ki, həbsxanada mətbəx yoxdur, məhbuslar yeməyi restoranlardan sifariş edir.

Əhalidən çox şirkət

Knyazlıqda fəaliyyət göstərən şirkətlərin sayı əhalidən belə çoxdur. Xüsusilə maliyyə sektoru minlərlə xarici şirkəti cəlb edir və bu da ölkənin iqtisadi gücünü artıran əsas amillərdəndir.

Ordusu yoxdur – müdafiəni İsveçrə təmin edir

Neytral ölkə olan Lixtenşteynin ordusu yoxdur. Təhlükəsizlik İsveçrə ilə bağlanmış razılaşma əsasında təmin olunur. Ölkə 1866-cı ildən bəri heç bir müharibəyə qatılmayıb — üstəlik, tarixə düşən maraqlı fakt: müharibəyə 80 əsgər göndərib, 81 əsgərlə qayıdıb. Bunun sonradan bir əsgərin yolda birliyə qoşulan başqa ölkə vətəndaşı olduğu deyilir.

Bütün ölkəni bir günlük icarəyə götürmək olar

Lixtenşteynin ən qeyri-adi xüsusiyyətlərindən biri – ölkəni bir günlük icarəyə götürmək mümkündür. Təxminən 70 min dollara Vaduza ekskursiya, qəsrə giriş, şərab dequstasiyası, Alplarda fəaliyyətlər və xüsusi atəşfəşanlıq daxil edilir.

Ailə dostu vergi sistemi və maraqlı ənənələr

Ölkədə evli cütlüklər subay insanlar kimi eyni vergi dərəcəsi ilə vergi ödəyirlər — bu da ailə institutunu dəstəkləyən ənənələrdən biridir. Həmçinin Lixtenşteyndə fermerlərin ölmüş inəkləri üçün yerli qəzetlərdə nekroloq dərc etdirməsi maraqlı adətlərdən hesab olunur.

Lixtenşteynə köçmək mümkündürmü?

Knyazlıq Şengen zonasında olsa da, yaşayış icazəsi almaq olduqca çətindir. Ölkənin kiçik olması səbəbindən kvotalar məhduddur. Əcnəbilər yalnız xüsusi iş təklifi, investisiya və ya nadir hallarda kvota əsasında yaşayış icazəsi ala bilirlər. Əhalinin üçdə biri xarici vətəndaş olsa da, onların çoxu İsveçrə və Avstriya vətəndaşlarıdır.

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək