Ermənistanda yeni xəstəlik AŞKARLANDI
Ermənistanda A-H3N2 qripi aşkarlanıb.
Xpress.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
Virusun bu ştammı yüksək hərarət, öskürək və əzələ ağrıları ilə müşayiət olunan tənəffüs xəstəliklərinə səbəb olur.
Mövsümi epidemiyalara səbəb olan A tipli qrip virusunun bu ştammı — H3N2 — qızdırma, öskürək və əzələ ağrıları ilə xarakterizə olunan tənəffüs infeksiyalarına yol açır. Əksər hallarda xəstəlik yüngül keçir, lakin H3N2 xüsusən uşaqlar və yaşlılar üçün daha ciddi ağırlaşma riski yarada bilər.
Səhiyyə Nazirliyi vətəndaşlara mövsümi qripə qarşı peyvənd olunmağı, tənəffüs yolları infeksiyası olan şəxslərlə təmasdan çəkinməyi və xəstələndikdə evdə qalmağı tövsiyə edir. Ermənistanda bu ştamm sonuncu dəfə 2023-cü ildə qeydə alınmışdı.