Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ-də şəhərin mərkəzində qatarda qadın
ABŞ-də şəhərin mərkəzində qatarda qadın
Dünya

ABŞ-də şəhərin mərkəzində qatarda qadın yandırıldı

Xpress.az Redaksiyası 18.11.2025 20:02

ABŞ-nin Çikaqo şəhərinin mərkəzində naməlum şəxs qatarda sərnişini yandırıb

Bu barədə yerli fövqəladə hallar xidmətləri məlumat yayıblar.

Hadisə şahidlərinin sözlərinə görə, vaqonda qəribə qoxu yayılıb və bəzi sərnişinlər bir kişinin qadının üzərinə yanar maye tökdüyünü görüblər.

Bildirilir ki, qadın qatar vaqonundan tullanıb, yaxınlıqdakı insanlar ona kömək etməyə çalışıblar. Xəsarət alan qadın xəstəxanaya aparılıb, vəziyyəti barədə məlumat verilmir.

Hadisənin səbəbləri aydınlaşdırılmayıb. Polis şübhəli şəxsin saxlanılıb-saxlanılmaması barədə də məlumat verməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək