Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya 318 milyon insanı gözləyən təhlükə: qorxunc proqno...
318 milyon insanı gözləyən təhlükə: qorxunc proqnoz
Dünya

318 milyon insanı gözləyən təhlükə: qorxunc proqnoz

Xpress.az Redaksiyası 18.11.2025 21:03

2026-cı ildə təxminən 318 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.

Bu barədə BMT-nin Dünya Ərzaq Proqramının (WFP) açıqlamasında deyilir.

Məlumata görə, bu rəqəm 2019-cu ilin göstəricisindən iki dəfə çoxdur.

2026-cı ildə təşkilat ən həssas təbəqədən olan 110 milyon insanı ərzaq yardımı ilə əhatə etməyi və bunun üçün təxminən 13 milyard dollar ayırmağı planlaşdırır.

Buna baxmayaraq mövcud maliyyə proqnozları göstərir ki, təşkilat bu məbləğin yalnız yarısını əldə edə bilər.

Qeyd edilib ki, qlobal ərzaq böhranı 2026-cı ildə də həll olunmayacaq. Münaqişələr, ekstremal hava hadisələri və iqtisadi qeyri-sabitliyin daha bir il kəskin ərzaq çatışmazlığına səbəb olacağı gözlənilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək