Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya O ailənin məhvinin səbəbi haqda -
O ailənin məhvinin səbəbi haqda -
Dünya

O ailənin məhvinin səbəbi haqda - İlkin rəy açıqlandı

Xpress.az Redaksiyası 18.11.2025 00:01

İstanbulun Fatih rayonunda həyatını itirən dördnəfərlik Böcek ailəsinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb.

Məlumata görə, Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin hesabatında ailənin oteldə kimyəvi maddəyə məruz qalaraq zəhərlənməsi ehtimalının daha yüksək olduğu, qida zəhərlənməsi versiyasının isə zəif qiymətləndirildiyi bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı ümumilikdə 11 nəfər saxlanılıb, onlardan dördü – qida satıcıları – məhkəmənin qərarı ilə həbs edilib.

Xatırladaq ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılmış, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirmişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək