Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Üz rəngini boğan görünməz səbəb
Üz rəngini boğan görünməz səbəb
Sağlamlıq

Üz rəngini boğan görünməz səbəb – hava çatışmazlığı

Xpress.az Redaksiyası 19.11.2025 10:30

Əksər qadınlar müasir kosmetologiyanın bütün imkanlarından yararlansalar da, yaş artdıqca üz rənginin tündləşməsinin qarşısını almaqda çətinlik çəkirlər. Bəs bu problemin əsas səbəbi nədir və onun aradan qaldırılması üçün nə etmək olar? Mövzu ilə bağlı təbii gəncləşmə üzrə ekspert Afaq Qurbanzadə Xpress.az-a danışıb.

Ekspert bildirir ki, üz rənginin tündləşməsinin ən gözdən qaçan, lakin əsas səbəblərindən biri təmiz havada kifayət qədər olmamaqdır.

Təmiz hava çatışmazlığının yaratdığı fəsadlar

Gün ərzində havasız, az oksigenli qapalı məkanda uzun müddət qalmaq qanda oksigen səviyyəsinin bir qədər aşağı düşməsinə səbəb olur. Bu isə dəridə solğun, cansız və “boğulmuş” görüntü yaradır.

Həmçinin bu cür mühit qan dövranını zəiflədir və nəticədə üzdə tünd kölgələr, tutqun rəng və gözaltı qaralmaları əmələ gəlir. Təmiz hava çatışmazlığı eyni zamanda stressi artırır, yorğunluq və baş ağrısı yaradır ki, bu da dərinin rəngini daha mat göstərir.

Afaq Qurbanzadənin sözlərinə görə, fiziki olaraq havasızlıq mühüm rol oynasa da, üz rənginin tündləşməsinə təsir edən əsas amillər bunlardır:

Qan azlığı (anemiya)

D vitamini çatışmazlığı

Yorğunluq, stress və yuxusuzluq

Alergiyalar

Qan dövranının zəifləməsi

Aşağı qan təzyiqi

Su azlığı (dehidrasiya)

Üz rəngini necə yaxşılaşdırmaq olar?

Üz dərisinin canlanması üçün gündəlik sadə vərdişlər kifayət qədər effekt verir:

Hər gün 30–60 dəqiqə təmiz havada gəzinti

Otaqların mütəmadi havalandırılması

Kifayət qədər su qəbulu

Qanda D vitamini və dəmir səviyyəsinin yoxlanılması

Normal yuxu rejiminin bərpası

Ən vacib 3 analiz

Üz rənginin tutqunlaşmasının tibbi səbəblərini dəqiq müəyyən etmək üçün ekspert aşağıdakı analizlərin verilməsini vacib sayır:

1. Ümumi qan analizi (ÜQA / OAK)

– Solğunluğun ən geniş yayılmış səbəbi qan azlığıdır. Hemoglobin və eritrosit göstəriciləri bunu dəqiq göstərir.

2. Ferritin (dəmir anbarı)

– Dəmir çatışmazlığı üzün tutqun və "boğulmuş" görünməsinin ən çox rast gəlinən səbəbidir. Bu səbəbdən təkcə dəmir yox, ferritin də mütləq ölçülməlidir.

3. Vitamin D və ya alternativ olaraq Vitamin B12

– Hər iki vitamin çatışmadıqda qan dövranı zəifləyir, dəri rəngi solğunlaşır, yorğunluq artır. Xüsusilə Vitamin D çatışmazlığı çox yayılmışdır və nəzarətdə saxlanmalıdır.

Nəticədədə tələb olunan analizlər verildikdən sonra düzgün rekomendasiyalara əməl etmək və həyat tərzində kiçik dəyişikliklər etmək üz rənginin bərpasına ciddi şəkildə kömək edir. Afaq Qurbanzadə əlavə edir ki, üz idmanının gündəlik həyata daxil edilməsi qan dövranını gücləndirir, şişi azaldır və dəriyə lazımi maddələrin çatmasını sürətləndirərək üz rəngini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək