Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Yaşlılar bunları
Yaşlılar bunları
Sağlamlıq

Yaşlılar bunları YEMƏMƏLİDİR

Xpress.az Redaksiyası 19.11.2025 20:44

Qidalanma tərzi yaş irəlilədikcə dəyişir. Xüsusilə qəlyanaltılarla bağlı xəbərdarlıq edən mütəxəssislər bunun yalnız miqdarla deyil, sağlamlıq baxımından da önəm qazandığını bildirir. Və yaşlıların bəzi quru yemiş növlərindən uzaq durmalı olduğunu vurğulayır. Budur yaşlıların yeməməsi lazım olan 6 quru yemiş.

Quru yemişlər sağlam yağlar, lif, vitamin və minerallarla zəngin olmaları ilə tanınır. Əslində yaxşı qəlyanaltı hesab edilsələr də, mütəxəssislər bəzi quru yemiş növlərinin yaşlılar üçün sağlamlıq riski yaratdığını açıqlayıb.

Yaş artdıqca həzm sistemi, orqan funksiyaları və dərman qarşılıqlı təsirləri də dəyişir. Buna görə müəyyən yaşdan sonra insanların quru yemiş istehlakında daha diqqətli olması lazımdır. Budur yaşlıların uzaq durması və ya məhdud şəkildə istehlak etməsi tövsiyə olunan altı quru yemiş və səbəbləri…

Acı badam çiy halda istehlak edildikdə amigdalin adlı bir maddə buraxır. Bu maddə bədəndə siyanürə çevrilə bilir.
Siyanür güclü toksin olduğuna görə ürəkbulanma, nəfəs darlığı kimi ciddi problemlərə yol aça bilər.
Yaş artdıqca qaraciyər və böyrək funksiyalarının zəifləməsi səbəbilə zəhərlənmə riski də artır.
Bu səbəbdən mütəxəssislər çiy acı badam əvəzinə işlənmiş şirin badamın daha təhlükəsiz olduğunu bildirir.

Hər kəsin tez-tez yediyi quru yemiş növlərindən biri olan yer fıstığı yaşlılar üçün o qədər də zərərsiz deyil.
Nəmli şəraitdə saxlananda aflatoksin adlı toksinlərlə çirklənə bilər. Aflatoksinlərin qaraciyərə zərər verdiyi və xərçəng riskini artırdığı bilinir.

Yer fıstığındakı yüksək omega-6 yağ turşuları çox qəbul edildikdə iltihabı artırır. Bu, artrit kimi problemləri olan yaşlılar üçün əlavə çətinlik yarada bilər.
Bundan əlavə, duzlu yer fıstığı təzyiqi yüksəldərək ürək sağlamlığını mənfi təsir edir.

Makadamiya fındığı sağlam yağlar ehtiva etsə də, çox yüksək kalorili olduğu üçün həddindən artıq yemək asandır.
Metabolizması yavaşlayan və fiziki aktivliyi azalan yaşlılarda sürətli çəki artımına səbəb ola bilər. Bu isə xolesterolu yüksəldir və ürək sağlamlığını təhdid edir.
Üstəlik, makadamiya fındığı adətən duzlu və ya şəkərli örtüklərlə satıldığı üçün risk daha da artır.

Yüksək qida dəyərinə malik olsa da, çam fıstığı tez xarab olan quruluşu səbəbilə oksidləşməyə məruz qalır və zərərli maddələr əmələ gətirir.
Bu isə iltihabı artırır və ürək-damar sisteminə əlavə stress yaradır.

Bəzi insanlarda rast gəlinən və günlərlə davam edən “metal dadı” (çam ağzı) isə iştahı azaldaraq qidalanma çatışmazlığına səbəb ola bilər.
Çam fıstığının bəzi dərmanlarla qarşılıqlı təsirə girməsi də yaşlılar üçün əlavə risk yaradır.

Mütəxəssislər bildirir ki, duz, şəkər, şokolad və ya balla örtülmüş quru yemişlər təbii və sağlam qəlyanaltını natəmiz və təhlükəli hala salır.
Yüksək natrium təzyiqi artırır, şəkər isə xüsusilə diabet xəstələrində qan şəkərinin kəskin dəyişməsinə səbəb olur.
Süni aromalar və konservantlar isə həssas həzm sistemini qıcıqlandıra bilər.

Bu səbəbdən mütəxəssislər yaşlılara çiy və ya azca qovrulmuş, qatqısız quru yemişləri seçməyi tövsiyə edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək