Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Çin üç ildir avtomobil ixracında liderliyini
Çin üç ildir avtomobil ixracında liderliyini
Dünya

Çin üç ildir avtomobil ixracında liderliyini qoruyur

Xpress.az Redaksiyası 19.11.2025 21:31

Çin ardıcıl üçüncü ildir dünyanın ən böyük avtomobil ixracatçısı statusunu qoruyub saxlayır.

"Yicai" nəşrinə istinadən xəbər verir ki, 1980-ci ildən bəri Yaponiya ən böyük avtomobil ixracatçısı olub. Çin 2023-cü ilin sonunda bu göstəricilərdə yaponları ötüb. Bu ilin ilk üç rübündə Çində avtomobil ixracı 4.95 milyon, Yaponiyadan isə 3.06 milyon ədəd olub.

Elektrik avtomobillərinin ixracı artımın əsas səbəbidir. Çində keçən il orta aylıq elektrik avtomobili ixracı təxminən 100 min ədəd idisə, bu il 200 minə çatıb.

Avropada da Çin istehsalı olan avtomobillərin satışında əhəmiyyətli artım qeydə alınıb. Bu il Avropa ölkələri təxminən 430 min yeni Çin avtomobili alıb ki, bu da illik müqayisədə 74 faiz artım deməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək