Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Mirzoyan:
Mirzoyan:
Dünya

Mirzoyan: Ankara ilə münasibətlərin normallaşması Bakı ilə sülh prosesinə müsbət təsir göstərə bilər

Xpress.az Redaksiyası 20.11.2025 11:06

Ermənistanın xarici işlər naziri ölkəsinin Türkiyə ilə münasibətlərin tənzimlənməsi məsələsində türk həmkarı ilə razılaşmadığını bildirib.

Bundan əvvəl Hakan Fidan demişdi ki, Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması vacibdir və əgər Ankara bunu indi etsə, bu, İrəvanın Bakı ilə sülh sazişi imzalamaq üçün əsas motivasiyasını azaldar.

Ararat Mirzoyan isə cavabında bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması Ermənistan üçün həqiqətən vacibdir, lakin eyni dərəcədə Azərbaycanla sülh də önəmlidir. Bu iki prosesin heç biri digərindən asılı deyil, lakin əgər aralarında hər hansı əlaqə axtarılsa, Ankara ilə münasibətlərin normallaşması Bakı ilə sülh prosesinə yalnız müsbət təsir göstərə bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək