Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya CAR-da G20 sammiti başlayıb
CAR-da G20 sammiti başlayıb
Dünya

CAR-da G20 sammiti başlayıb

Xpress.az Redaksiyası 22.11.2025 14:53

Cənubi Afrika Respublikasında (CAR) G20 sammiti işinə başlayıb.

Sammiti ölkə Prezidenti Siril Ramafosa açıb.

"CAR Qlobal Cənubun və Afrikanın inkişaf prioritetlərinin G20-nin gündəliyində əks olunmasını təmin etmək istəyir", - Ramafosa bildirib.

Onun sözlərinə görə, sammitdə iştirak edən ölkələr yekun bəyannaməni razılaşdırıblar.

"Bloomberg"in məlumatına görə, G20-də indi qapalı qapılar arxasında danışıqlar başlayıb.

Sammitə Böyük Britaniyanın Baş naziri Kir Starmer, Kanadanın Baş naziri Mark Karni, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, İtaliyanın Baş naziri Corcia Meloni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Cənubi Koreya Prezidenti Li Çje Men, Hindistanın Baş naziri Narendra Modi və digər rəsmilər qatılıblar. Lakin ABŞ Prezidenti Donald Tramp sammitə qatılmamağı qərara alıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək