Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Yohannesburqda G20 ölkələrinin sammiti
Yohannesburqda G20 ölkələrinin sammiti
Dünya

Yohannesburqda G20 ölkələrinin sammiti başladı

Xpress.az Redaksiyası 22.11.2025 16:33

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində, Milli Sərgi Mərkəzində (Nasrec) CAR Prezidenti Siril Ramafosanın sədrliyi ilə "Böyük iyirmilik" (G20) ölkələrinin liderlərinin sammiti işə başlayıb.

"Anadolu" agentliyinə istinadla xəbər verir ki, sammit "Həmrəylik, bərabərlik, dayanıqlı inkişaf" şüarı altında keçirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş naziri Narendra Modi, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, İtaliyanın Baş naziri Corcia Meloni, Yaponiyanın Baş naziri Sanae Takaiçi, Kanadanın Baş naziri Mark Karni və Avstraliyanın Baş naziri Entoni Albaneze kimi dünya liderləri, habelə Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, BMT-nin Baş katibi Antonio Quterreş iştirak edirlər.

Tədbirdə Çini Baş nazir Li Çiang, Rusiyanı isə Prezident Administrasiyası başçısının müavini Maksim Oreşkin təmsil edirlər. ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada ağ azlığa qarşı "irqi ayrı-seçkilik" iddialarını irəli sürərək, sammitə qatılmaqdan imtina edib.

Yohannesburqda Böyük iyirmilik ölkələrinin sammiti başlayıb

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək