Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İran prezidenti valyutanın denominasiyası ilə bağl...
İran prezidenti valyutanın denominasiyası ilə bağlı fərman imzaladı
Dünya

İran prezidenti valyutanın denominasiyası ilə bağlı fərman imzaladı

Xpress.az Redaksiyası 22.11.2025 23:32

İran Prezidenti Məsud Pezeşkian milli valyutanın denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi) ilə bağlı fərman imzalayıb.

Bu barədə İran Prezidentinin Administrasiyası məlumat yayıb.

"Məsud Pezeşkian İran İslam Respublikası Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə "Mərkəzi Bank haqqında" Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan - red.) edilən düzəlişin qüvvəyə minməsi barədə Mərkəzi Bankı məlumatlandırıb", - Prezident Administrasiyasının rəsmi saytında dərc edilmiş bəyanatda belə deyilir.

Əvvəllər dərc olunmuş təşəbbüsün mətninə əsasən, milli valyuta rial olaraq qalacaq. Xalq arasında populyar olan qeyri-rəsmi pul vahidi tümənin milli valyuta vahidi kimi müəyyən edilməsi təklifi dəstəklənməyib. Rial yüz kerandan (XIX əsrdən XX əsrin ilk otuz ili ərzində tədavüldə olan milli valyutanın adını daşıyan daha xırda pul vahidi) ibarətdir. Parlament tərəfindən təsdiqlənmiş valyutaya keçid dövrü üç il çəkəcək, bu müddət ərzində həm köhnə, həm də yeni tipli pul nişanlarından istifadəyə icazə veriləcək. İran Mərkəzi Bankı sözügedən qanun qüvvəyə mindiyi gündən etibarən keçid dövrünə başlamalıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək