Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Avropa ABŞ-nin Ukrayna sülh planı ilə razı deyil
Avropa ABŞ-nin Ukrayna sülh planı ilə razı deyil
Dünya

Avropa ABŞ-nin Ukrayna sülh planı ilə razı deyil

Xpress.az Redaksiyası 22.11.2025 21:49

Aparıcı Avropa ölkələrinin liderləri hesab edirlər ki, ABŞ-nin Ukraynaya dair sülh planının ən azı dörd bəndində dəyişikliklər edilməlidir.

Bu barədə "Bild" məlumat yayıb.

Məlumata görə, avropalılar Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyini tanımaq təklifindən məmnun deyillər.

Bundan əlavə, onlar Ukrayna ordusunun say tərkibin azaldılmasını, təhlükəsizlik zəmanətlərini və dondurulmuş Rusiya aktivlərinin istifadəsini problemli məsələ hesab edir və onları ABŞ ilə müzakirə etmək niyyətindədirlər.

Məlumata görə, sülh planının Avropa versiyası artıq Vaşinqtona təqdim olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək