Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond il...
ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşub
Dünya

ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşub

Xpress.az Redaksiyası 22.11.2025 00:05

"United Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşduqdan sonra Yuta ştatının Solt Leyk Siti şəhərinə təcili eniş edib.

Bu barədə "New York Post" ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.

Qəza 16 oktyabrda baş versə də, araşdırmanın nəticələri yenicə dərc olunub.

NTSB-nin məlumatına görə, meteozondu Vaşinqton ştatının Spokeyn şəhərindən buraxan "WindBorne Systems" idarəetməni itirdiyini və bunun hadisəyə səbəb ola biləcəyini etiraf edib.

Məlumata görə, zond təyyarənin ön şüşəsini sındırıb və heyət təcili eniş etməyə məcbur olub. Sərnişinlərdən heç biri xəsarət almayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək