Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Kriminal Rüstəm İbrahimov
Rüstəm İbrahimov
Kriminal

Rüstəm İbrahimov AZƏRBAYCANA GƏTİRİLİR

Xpress.az Redaksiyası 26.11.2025 20:43

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib. Aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

    DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

    Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

    Paylaş:

    Oxşar Xəbərlər

    Populyar Xəbərlər

    Xəbər Lenti

    Xəbər Bülleteni

    Ən son xəbərləri email ünvanınıza göndərək