Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Xaricdən telefon gətirmək istəyənlərin
Xaricdən telefon gətirmək istəyənlərin
Texnologiya

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

Xpress.az Redaksiyası 01.01.2026 13:24

Bu gündən etibarən Azərbaycana gətirilən mobil cihazlara aksiz vergisi tətbiq ediləcək.

Ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. 

Yalnız fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.

Həmçinin, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat məbləğində dövlət rüsumu müəyyən ediləcək.

Qeyd edək ki, bu müddəalar Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb. 

Xatırladaq ki, dekabrın 29-da Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək