Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Heydər Əliyevin strategiyası, İlham Əliyevin qloba...
Heydər Əliyevin strategiyası, İlham Əliyevin qlobal nəticəsi
Siyasət

Heydər Əliyevin strategiyası, İlham Əliyevin qlobal nəticəsi -Deputatdan Açıqlama

Xpress.az Redaksiyası 16.01.2026 19:29

Prezident İlham Əliyevin enerji strategiyası nəticəsində Azərbaycan qazının Avropadakı ixrac coğrafiyası genişlənməkdədir

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirməklə yanaşı, onu günün tələbləri baxımından da inkişaf etdirib. Bu sözləri Xpress.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, məhz son 20 ildə dünya Azərbaycanı qaz ixrac edən ölkə kimi tanıyıb. Xüsusilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan “Cənub qaz dəhlizi” layihəsi İlham Əliyevin rəhbərlik etdiyi ölkənin qlobal enerji layihələrini uğurla həyata keçirməyə qadir olduğunu nümayiş etdirib.

Onun sözlərinə görə, bu gün TAP qaz kəməri demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə də genişləndirmək niyyətindədir. Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı ilə fəal əməkdaşlığı və strateji tərəfdaşlıq əlaqələri artıq öz bəhrəsini verir və bu əməkdaşlıq qitə ölkələrinə mühüm fayda gətirir.

Müşfiq Cəfərov qeyd edib ki, SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirməklə Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara da təchiz edilir.

Deputat vurğulayıb ki, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirib. Bununla da Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.

Açıqlamada qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq Azərbaycan Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və ölkəmizin etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.

Afaq Qurbanzadə, Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək