Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət İranda baş verən proseslərə İlham Əliyevdən
İranda baş verən proseslərə İlham Əliyevdən
Siyasət

İranda baş verən proseslərə İlham Əliyevdən MÜNASİBƏT

Xpress.az Redaksiyası 20.01.2026 14:56

Azərbaycan Prezidenti İlham Əliyev İran ətrafında baş verən proseslərə münasibət bildirib.

Dövlət başçısı Davosda “Euronews” televiziyasına müsahibəsində vurğulayıb ki, hər bir ölkə yalnız öz sərhədləri daxilində deyil, həm də sərhədlərindən kənarda baş verən sabitlik məsələlərini diqqətdə saxlamalıdır.

İlham Əliyevin sözlərinə görə, mövcud risklər əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu baxımdan, Azərbaycanın qonşuluğunda sabitlik məsələsi daim diqqət mərkəzində saxlanılır və İran ətrafında mümkün destabilizasiya ehtimalları narahatlıq doğurur.

Dövlət başçısı vurğulayıb ki, regionda sabitlik, proqnozlaşdırıla bilənlik və sülh Azərbaycan üçün əsas dəyərlərdir. O əlavə edib ki, Azərbaycan işğal və müharibənin ağır nəticələrini yaşamış, minlərlə insan itirmiş ölkədir və bu təcrübə bir daha göstərir ki, hər bir dövlət üçün uğurun yeganə yolu təhlükəsizlik və sabitlikdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək