Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Qarabağ" Danimarka liqasından
"Qarabağ" Danimarka liqasından
İdman

"Qarabağ" Danimarka liqasından oyunçu alır

Xpress.az Redaksiyası 23.01.2026 21:36

"Qarabağ" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Danimarkanın "Orhus" klubunun yarımmüdafiəçisi Kevin Yakob "Qarabağ"ın diqqətini çəkib.

"Kevin klubda xoşbəxtdir və bu mövsüm yaxşı çıxış edib. Bir neçə klubdan maraq var, amma bütün tərəflərə hörmət etdiyim üçün adlarını çəkə bilmərəm", - deyə oyunçunun agenti açıqlama verib.

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Orhus" klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm 18 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Kevin Yakob 2023-cü ildə İraq millisinin heyətində debüt edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək