Cəmiyyət
Rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Xpress.az Redaksiyası
27.01.2026 17:15
Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.