Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu vətəndaşlara işıq pulunda 50 faiz güzəşt olunac...
Bu vətəndaşlara işıq pulunda 50 faiz güzəşt olunacaq
Cəmiyyət

Bu vətəndaşlara işıq pulunda 50 faiz güzəşt olunacaq

Xpress.az Redaksiyası 28.01.2026 08:43

Artan kommunal xərclər fonunda qaz olmayan yaşayış məntəqələri və binalar üçün elektrik enerjisi limitlərində güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Bəs, qaz olmayan yaşayış məntəqələri və binalarda yaşayan vətəndaşlar üçün elektrik enerjisi limitlərində və tariflərində güzəştlərin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bir çox ölkələrdə bu yanaşmanın artıq mövcud olduğunu və Azərbaycanda da vaxtilə tətbiq olunduğunu bildirib:
“Əvvəl qaz olmayan binalarda elektrik enerjisi vətəndaşlara 50 faiz güzəştlə satılırdı. Belə bir mexanizmin yenidən tətbiqi mümkündür və məntiqli yanaşmadır. Son dövrlər Azərbaycanda qazlaşma ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə yüksək mərtəbəli binaların qazla təminatında müəyyən məhdudiyyətlərin ola biləcəyi bildirilir. Bu məhdudiyyətlər təhlükəsizlik məqsədi daşıya bilər. Bu halda alternativ olaraq elektrik enerjisi üzrə daha əlverişli şərtlər yaradılmalıdır”.

Onun sözlərinə görə, belə hallarda yalnız limit tətbiqinin aradan qaldırılması deyil, eyni zamanda elektrik enerjisinin tariflərinin də daha ucuz olması zəruridir:

“Əgər qaz təminatı təhlükəsizlik səbəbilə məhdudlaşdırılacaqsa, həmin binalarda yaşayan vətəndaşların elektrik xərcləri məntiqi həddi aşmamalıdır. Bu zaman dövlət tərəfindən güzəştli tariflərin tətbiqi labüddür”.

Ekspertin fikrincə, sosial yönümlü yanaşma çərçivəsində qazsız yaşayış məntəqələri üçün xüsusi elektrik enerjisi güzəştlərinin müzakirəyə çıxarılması real və əsaslandırılmış addım ola bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək