Cəmiyyət
Horovlu kəndinə növbəti köç karvanı yola salındı
Xpress.az Redaksiyası
28.01.2026 06:22
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar.
Bu mərhələdə Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülür.