Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bu düzən mütləq dəyişməlidir:
Bu düzən mütləq dəyişməlidir:
Ana səhifə

Bu düzən mütləq dəyişməlidir: Xeyir gec də olsa şərə qalib gələcək...

Xpress.az Redaksiyası 03.02.2026 12:57

"Jeffrey Epstein məsələsi sübut etdi ki, komplo teoriləri heç də komplo deyilmiş, dünyanı manyak, xəstə, özlərini Tanrı sayan bir qrup “elita” idarə edirmiş".

Xpress.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, pandemiyanın ideoloji “atalarından” biri olan, bu mövzuda pullar xərcləyən, dünya əhalisinin çox olduğunu təhdid görən Bill Gates kimi manyaklar Dünyanın ağası iddiasına düşüb, Tanrı roluna girib insanlıq adına qlobal qərarlar verməyə çalışıblar: “Xatırlayın, 2020-ci ildən sonra dəfələrlə “pandemiyanın” axmaqcasına idarə edilməsindən, bunun insan (belələrinə insan da demək olmur) əməli olduğundan Azərbaycanda ən çox danışan, yazan biz idik – beyinləri yuyulmuş bir qrup səs-küylü adamlar, “liboşlar”, bizə yönəlik nələr deyirdilər, yazırdılar, adımızı “komploçu” çıxartmışdılar, təhqir belə edirdilər”.

Partiya sədrinin qənaətincə, “pandemiya” 21-ci əsrdə insanlıq əleyhinə işlənmiş ən böyük qlobal cinayət idi - əminəm ki, bir müddət sonra bu məsələ də bütün çılpaqlığı ilə gün üzünə çıxacaq: “Dünyanı idarə edən 1% manyak, 99% əhalini axmaq yerinə qoyur, plastilin sayır, özlərini fövqəl güc hesab edirlər – bu düzən mütləq dəyişməlidir. Son 30 ildə "psevdo-liberal" və "qlobalist" elita Dünyada şərlə xeyrin yerini dəyişməyə çalışırdılar, şər olan hər bir şey təbliğ və təşviq olunurdu, sanki şeytana qulluq edirdilər. Amma, xeyir gec də olsa şərə mütləq qalib gələcək...”

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək