Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə
Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə
Siyasət

Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə YENİ TƏYİNAT

Xpress.az Redaksiyası 07.02.2026 16:33

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib. 

O, artıq yeni vəzifəsinin icrasına başlayıb və bir neçə Avropa ölkəsinin Bakıdakı səfiri ilə görüşüb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək